Televizora baxmaq yeməyə köləliyinə səbəb ola bilər - Admenasi
Maraqli

Televizora baxmaq yeməyə köləliyinə səbəb ola bilər

Oxu.Az xəbər verməkdədir ki, Amerikalı alimlər müəyyən ediblər ki, yemək yeyərkən televizora baxmaq kökəlmə riskini artırır. Bu nəticələr “Physiology and Behavior” jurnalında dərc olunub.

Tədqiqat müəllifləri müxtəlif rəqəmsal yayındırıcı amillərin qida qəbuluna təsirini araşdırıblar. Təcrübədə tədqiqatın əsl məqsədindən xəbərsiz olan 114 kişi və qadın iştirak edib. Bütün könüllülərə eyni qəlyanaltılar – çips və şokolad konfetlər təklif olunub və iştirakçılar üç qrupa bölünüblər.

Birinci qrupdakı iştirakçılar yemək yeyərkən televizora baxıb, ikincilər smartfonlarına qapılıb, üçüncülər isə diqqəti yayındırmadan qida qəbul ediblər. Tədqiqatçılar istehlak edilən qida miqdarını qeydə alıblar.

Nəticələr göstərib ki, televizora baxmaq qəlyanaltıların kalori qəbulunu əhəmiyyətli dərəcədə artırır. “TV qrupu”nun iştirakçıları orta hesabla təxminən 164 kilokalori, diqqəti yayındırmadan yeyənlər isə təxminən 131 kilokalori istehlak ediblər. Smartfon istifadəçiləri ilə istifadə etməyənlər arasındakı fərq minimal olub və statistik cəhətdən əhəmiyyətsiz sayılıb.

Tədqiqatçılar televizora baxmağın həddindən artıq yeməyə və sağlam olmayan qidalanma vərdişlərinin inkişafına daha çox səbəb olduğuna qədər gəliblər. Onların fikrincə, televiziyanın təsiri diqqəti yayındırması ilə bağlıdır. Belə ki, beynin nə vaxt və hansı miqdarda yediyini qeyd etməsi çətinləşir, bu da doyma hissinin azalmasına səbəb olur.

Müəlliflər smartfonların daha az təsir göstərməsini belə izah ediblər: telefona baxarkən hər iki əl istifadə olunur, amma televizora baxarkən əllər sərbəst qalır ki, bu da insanın demək olar ki, avtomatik yeməsinə imkan verir.

Tədqiqatçılar porsiyaların ölçüsünü və yemək siqnallarını daha yaxşı idarə etmək üçün mümkün olduqda qidalanma zamanı televizona baxmamağı tövsiyə edirlər.

Mənbə: https://sonxeber.az/384151/alimler-yemek-yeyerken-televizora-baxmagin-zererlerini-askarlayiblar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button