2025-ci ildə ən pis smartfon istehsalçılarının adaları açıqlandı - Admenasi
Maraqli

2025-ci ildə ən pis smartfon istehsalçılarının adaları açıqlandı

“Android Authority” portalı 2025-ci ilin ən pis smartfon istehsalçılarının adalarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, material nəşrin saytında dərc edilib.

Mütəxəssislər reytinqi “Android” smartfon istehsalçılarının bazar təsirlərinə əsasən tərtib ediblər. Onlar ən pis telefon istehsalçısı olaraq “HMD Global” şirkətini müəyyən ediblər. Bunun səbəbi odur ki, şirkət bir çox bazardan çəkilib və bir sıra cihazlara dəstəyi azaldıb.

Onu “Realme” izləyib – şirkət diqqətəlayiq relizlərin olmaması ilə tənqid olunub. Daha sonra siyahıda “Sony” yer alıb. Yapon şirkəti texniki xüsusiyyətlərinə görə rəqiblərinin modellərindən aşağı olan bahalı smartfonlar buraxdığı üçün tənqid olunub.

Jurnalistlər 2025-ci il üçün ən yaxşı smartfon istehsalçılarından heç birini xüsusi qeyd etməyiblər. Bununla belə, ili uğurla başa vuran cihaz istehsalçıları siyahısına “Samsung”, “OnePlus”, “Google”, “Oppo” və “Xiaomi” əlavə edilib.

Yekunda portalın mütəxəssisləri 2025-ci ili “Android” smartfon bazarı üçün yaxşı il adlandırıblar. Onlar bildiriblər ki, ötən il güclü “Snapdragon 8 Elite” prosessoru peyda olub, istehsalçılar maqnit şarj texnologiyasını tətbiq etməyə başlayıblar və yüksəktutumlu silikon-karbon batareyaları olan telefonlar kütləviləşib.

Mənbə: https://sonxeber.az/384150/2025-ci-ilde-en-pis-smartfon-istehsalcilarinin-adlari-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button