Braziliyada avtomobilini park etmək istəyən qadın sürücünü faciəyə sürükdü – VİDEO

Braziliyada avtomobili park etməyə çalışan qadın sürücünün səhv az qala böyük faciəyə səbəb olacaqdı.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sürücünün əyləc əvəzinə qaz pedalına basılması nəticəsində avtomobil qəfil irəli atıb və divar kənarında dayanan kişini divara sıxıb.
Hadisə Braziliyanın Kamboriu şəhərində, sakit küçələrdən birində baş verib. Təhlükəsizlik kamerası görüntülərində qırmızı rəngli “Volkswagen Golf” markalı avtomobili idarə edən qadının yolun sağ tərəfindəki park yerinə yavaş-yavaş yaxınlaşdığı görünür. Park yerinin birbaşa yanında isə bir kişi divar kənarında çömbələrək siqaret çəkir və telefonu ilə məşğul olur.
Lakin park zamanı sürücü səhvən əyləc yerinə qaz pedalına basdıqda avtomobil qəfil sürətlənir. Nə baş verdiyini anlamayan kişi avtomobilin ön hissəsi ilə arxadakı divar arasında sıxılıb qalır. Hadisə anbaan təhlükəsizlik kameralarına düşüb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/384181/kicik-diqqetsizlik-facie-ile-neticelene-bilerdi-yasananlar-anbaan-kameraya-dusdu-video



