İnternetə açıq çağırışlara görə cərimə tətbiq olunacağı barədə qərar qəbul olunub

Milli Məclis internetdə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə cərimələri sonuncu oxunuşda qəbul edib.
Sonxeber.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Qeyd edilib ki, sənədə əsasən internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Mənbə: https://sonxeber.az/384138/internetde-fahiseliye-aciq-cagirislara-gore-cerime-tetbiq-olunacaq



