Kvadrantid meteor yağışı olacaq - Admenasi
Maraqli

Kvadrantid meteor yağışı olacaq

Yanvarın əvvəlində maraqlı astronomik hadisə baş verir. Kvadrantid meteor yağışı müşahidə olunacaq.

Sonxeber.az xəbər verir ki, bu barədə məlumata Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi gəlir.

Məlumatda qeyd edilib ki, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olur, lakin maksimum aktivlik 4 yanvar gecəsi saat 03:00 radələrində gözlənilir.

Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər.

Qeyd edək ki, Kvadrantid meteor yağışı digər klassik meteor yağışlarından fərqli olaraq, kometdən deyil (196256) 2003 EH₁ adlı asteroid mənşəli cisimdən qaynaqlanır. Yer kürəsi hər il yanvarın əvvəlində bu cismin orbitində qalan toz və qaya hissəciklərindən ibarət axından keçərkən Kvadrantid meteoru yaranır. Kvadrantid meteor yağışı qısaömürlü, lakin ilin ən intensiv meteor yağışlarından biri hesab olunur.

Mənbə: https://sonxeber.az/384055/meteor-yagisi-olacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button