Sosial
Buz bağladı, maşınlar toqquşdu – Zəncirvari qəza

“Qafqazinfo” xəbər verir ki, günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində hava şəraitinin pisləşməsi nəticəsində zəncirvari yol qəzası baş verib.
Qarlı hava və yolun buz bağlaması nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub. Güclü zərbənin təsirindən avtomobillərdən ikisi yoldan çıxaraq dərəyə aşıb.
📹 Video üçün mənbəyə baxın: https://sonxeber.az/384114/yol-buz-bagladi-masinlar-toqqusdu-zencirvari-qezavideo
Mənbə: https://sonxeber.az/384114/yol-buz-bagladi-masinlar-toqqusdu-zencirvari-qezavideo



