Hadise
Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərləndi

Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərlənib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Mənbə: https://sonxeber.az/384115/goranboyda-bir-ailenin-uc-uzvu-baliqdan-zeherlendi



