Hadise
Qırmızı libası ilə xizək sürdü, gül payladı – VİDEO

Kayseridə Erciyes Universitetinin İdman Elmləri Fakültəsinin tələbəsi Ayşegül Soylar qırmızı libası və xizək avadanlıqları ilə Erciyes Xizək Mərkəzinə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qırmızı libası ilə xizək sürərək aşağı enən Soylar əlindəki gülləri vətəndaşlara hədiyyə edib. Onun bu fərqli və rəngarəng davranışı ərazidə olanların böyük marağına səbəb olub.
Hadisə anları mobil telefon kamerası ilə lentə alınıb. Görüntülərdə Soylar həm xizək sürür, həm də orada qarşılaşdığı insanlara gül təqdim edir.
📹 Video üçün mənbəyə baxın: https://sonxeber.az/384099/qirmizi-libasi-ile-xizek-surdu-gul-payladi-video
Mənbə: https://sonxeber.az/384099/qirmizi-libasi-ile-xizek-surdu-gul-payladi-video



