Qadına təhqiramiz reaksiya verən şəxs saxlanıldı - VİDEO - Admenasi
Hadise

Qadına təhqiramiz reaksiya verən şəxs saxlanıldı – VİDEO

Türkiyənin Antalya şəhərində bir qadının körpüdən intihara cəhd etməsi ilə bağlı baş verən hadisədə, qadına qarşı təhqiramiz ifadələr işlədən şəxs polis tərəfindən saxlanılıb, daha sonra isə prokurorluğun qərarı ilə sərbəst buraxılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 25 dekabr tarixində saat 20:00 radələrində Otogar qovşağındakı üst körpü viaduktunda qeydə alınıb. G.Y. adlı qadın intihara cəhd edərkən Manavgat Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vaxtında müdaxilə olunaraq xilas edilib.

Hadisədən sonra körpünün altında toplaşan insanlar arasında olan və O.G. olduğu müəyyən edilən şəxs, qadına ünvanlanmış şəkildə, “Sənin kimi qadına ayıbdır, mən olsaydım indiyə qədər ordan atlamışdım” kimi ifadələr işlədib. Bu sözlər ətrafdakıların da reaksiyasına səbəb olub.

Baş verənlərdən sonra O.G. növbətçi respublika prokurorunun göstərişi ilə Asayiş Büro Amirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsində aparılan prosedurlardan sonra “ifadələri ilə intihara təşviq etmə” iddiası ilə məhkəməyə çıxarılan şəxs, respublika prokurorluğu tərəfindən sərbəst buraxılıb.

📹 Video üçün mənbəyə baxın: https://sonxeber.az/384086/intihara-cehd-eden-qadina-tehqiramiz-reaksiya-veren-sexs-saxlanildi-video

Mənbə: https://sonxeber.az/384086/intihara-cehd-eden-qadina-tehqiramiz-reaksiya-veren-sexs-saxlanildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button