"Bahar" serialı final etdi! - Admenasi
Şou biznes xəbərləri

“Bahar” serialı final etdi!

Show TV-də yayımlanan “Bahar” serialı ekran həyatını başa vurub.

Sonxeber.az türk mətbuat orqanlarına istinadən xəbər verir ki, son dövrlər tamaşaçı gözləntilərini doğrultmadığı üçün tənqid olunan layihənin yayım gününün dəyişdirilməsinə baxmayaraq, arzu olunan reytinq artımını əldə edə bilmədiyi bildirilib.

Baş rolda Demet Evgarın oynadığı məşhur serial 28 dekabr axşamı yayımlanan 64-cü bölümü ilə final edib. Daha əvvəl edilən yayım günü dəyişikliyindən sonra da reytinqlərdə gözlənilən yüksəliş baş vermədiyinə görə kanal və istehsal heyəti layihəni bitirmək qərarı verib.

Qərardan sonra “Bahar” Yeni il öncəsi efirə gedən son bölümlə tamaşaçılarla vidalaşıb. Bildirilib ki, serialın hekayəsinin daha da zəifləməməsi və finalın daha güclü nöqtədə tamamlanması məqsədilə ekran macərası möhtəşəm bir sonluqla başa çatdırılıb.

📹 Video üçün mənbəyə baxın: https://sonxeber.az/384083/bahar-seriali-final-etdi-video

Mənbə: https://sonxeber.az/384083/bahar-seriali-final-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button