ata qızını narahat edən gənci məktəb həyətində silahla girov götürdü - Admenasi
Hadise

ata qızını narahat edən gənci məktəb həyətində silahla girov götürdü

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda ata qızını narahat etdiyini iddia etdiyi bir gənc məktəb həyətində silahla girov götürüb.

Sonqeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Yahyakaptan məhəlləsi, Kızılay küçəsində yerləşən liseyin həyətində baş verib. Müəmmalı şəxsin qızını narahat etdiyini irəli sürdüyü U.C.A. (18) adlı gənci izləyərək məktəbin həyətinə qədər gəlib və üzərində olan silahla onu girov götürüb.

Məktəb rəhbərliyi və müəllimlərin vəziyyəti fərq edərək polisə məlumat verməsi üzərinə hadisə yerinə qısa müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis tərəfindən həyata keçirilən müdaxilə nəticəsində müəmmalı şəxs saxlanılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Girov götürülən gənc və müəmmalı şəxs ifadələri alınmaq üçün polis idarəsinə aparılıb.

İddialara görə, iki gəncin ailələrinin də məlumatlı olduğu bir dostluq münasibəti olub. Münasibət bitdikdən sonra isə gənc qızın narahat edilməyə davam edildiyi bildirilib. Faktla bağlı istintaq davam edir.

📹 Video üçün mənbəyə baxın: https://sonxeber.az/384082/ata-qizini-narahat-eden-genci-mekteb-heyetinde-silahla-girov-goturdu-video

Mənbə: https://sonxeber.az/384082/ata-qizini-narahat-eden-genci-mekteb-heyetinde-silahla-girov-goturdu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button