Xeberler
Yaşayış minimumu 300 manat oldu

“Qafqazinfo” xəbər verir ki, gələn il üçün yaşayış minimum ölkə üzrə 300 manat olacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
2026-ci il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir.
Bu qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Mənbə: https://big.az/573337-yasayis-minimumu-300-manat-oldu.html