Kirayə vermək üçün vergi dərəcəsi endirilib. - Admenasi
Sosial

Kirayə vermək üçün vergi dərəcəsi endirilib.

“Qafqazinfo” xəbərlər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilib.

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Və buna görə də, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdu. Lakin, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirildi.

Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.

Mənbə: https://sonxeber.az/384072/evlerini-kiraye-verenlere-xos-xeber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button