Finikiyalıların izləri Azərbaycanda - "Tofet" məzarları ilə tanış olun - Admenasi
Maraqli

Finikiyalıların izləri Azərbaycanda – “Tofet” məzarları ilə tanış olun

Türkiyənin Amasya vilayətində yerləşən Oluz Höyük qazıntıları zamanı antik dövrdə Şərqi Aralıq dənizindən bütün Aralıq dənizi sahillərinə yayılan finikiyalılara aid mühüm izlər aşkar edilib.

Qazıntıların rəhbəri, İstanbul Universitetinin Arxeologiya Bölməsinin müəllimi professor doktor Şevket Dönmez bildirib ki, tapıntılar arasında Finikiyalıların məşhur şəhər-dövləti olan Kartacadan gətirildiyi ehtimal edilən insan başlı şüşə muncuqlar, eləcə də Finikiya tipli körpə məzarları var.

Qazıntılarda küplərin içərisinə yerləşdirilmiş 8 körpə və döl məzarı tapılıb. Professor Dönmez vurğulayıb ki, bu cür dəfn forması Anadoluda indiyədək heç bir ərazidə qeydə alınmayıb. Körpə məzarlarının bir-birindən müəyyən məsafədə yerləşdirildiyi bildirilib. Alim bu tapıntıların uşaqların qurban verildiyi bir mədəniyyətə işarə edə biləcəyini istisna etməyib.

Professor Dönmez, ərazidə 10 mədəni təbəqə müəyyən edildiyini və Oluz Höyüyün 6500 illik tarixə malik “bir kitab səhifəsi” kimi oxunduğunu deyib. Qazıntılar zamanı Pers, Frig və Het dövrlərinə aid saraylar, məbədlər və müxtəlif memarlıq qalıqları da aşkar edilib.

Kubaba müqəddəs sahəsində əldə olunan nəticələrin diqqətçəkici olduğunu bildirən professor, tapılan məbədin planının Arami və Fenikiya məbədlərinə bənzədiyini, uzun və meqaroid plan quruluşuna malik olduğunu söyləyib. Finikiyalıların Sami mənşəli bir toplumduğunu xatırladan professor, onların Orta Anadolunun içlərinə qədər gəlib çıxmasının böyük sürpriz olduğunu qeyd edib.

Körpə məzarları ilə bağlı ilkin qiymətləndirmələrdə uşaqların Finikiya ənənəsinə uyğun olaraq qurban verildiyi və ya ölü doğulsalar belə bu şəkildə dəfn edildiyi ehtimal edilir. Professor Dönmez bildirib ki, Finikiya dünyasında geniş yayılmış “Tofet” adlanan qurban edilmiş uşaqlara aid məzarlarla Anadoluda da qarşılaşmış ola bilərlər. Bunun elmi təsdiqinin isə yalnız antropoloji analizlər nəticəsində mümkün olacağını vurğulayıb.

Sonda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin “Gələcəyə Miras” layihəsi çərçivəsində aparılan qazıntılar zamanı üzə çıxarılan təxminən 3 min artefakt Amasya Muzeyinə təhvil verilib.

📹 Video üçün mənbəyə baxın: https://sonxeber.az/384070/kuplerin-icinde-korpe-cesedleri-tapildi-video

Mənbə: https://sonxeber.az/384070/kuplerin-icinde-korpe-cesedleri-tapildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button