Gecə saatlarında ağır texnika ilə aparılan tikinti işləri… Tikinti zamanı digər mənzillərinlə gözlənilməyən aralıq məsafəsi, səs-küy və binadan qopub düşən təhlükəli parçalar…
Görüntülər Pilot 16 MMC-yə məxsus “Onununcu Park” mənzillərinə məxsusdur. Mənzil sakinləri iddia edirlər ki, bir neçə il əvvəl başlayan tikinti işləri onlara təhlükəli vəziyyət yaradır. Onların iddialarına görə, digər mənzillərdə sakinlər olduğu halda təhlükəli şəkildə, tikinti normalarına əməl edilmədən işlər aparılır.
Mənzil sakinləri bildirirlər ki, tikinti şirkəti ilə bir qisim sakinlər arasında kompensasiya məbləği razılaşdırılıb və köçürülüb. Lakin bəzi sakinlərlə heç bir müqavilə bağlanılmayıb. Razılaşma olmadığı halda tikinti şirkətinin sakinlərin təhlükəsizliyinə məhəl qoymadan hər gün işlər aparıldığı iddia olunur. Mənzil sakinləri onu da bildirirlər ki, aidiyyəti qurumlar tikintinin dayandırılmasına dair qərar versə də, şirkət icra etmir.
Məsələ ilə bağlı “Pilot-16” MMC-dən Xəzər Xəbərə bildirilib ki, ərazidə yaşayan sakinlərin bəziləri mənzillərinin faktiki ölçüləri ilə razılaşmırlar və şirkətin düzgün ölçü aparmadığını bildirirlər.