Xəstəxanalıq oldu - Vüqar Qobulu xəstəxanaya yerləşdirilib - Admenasi
Sosial

Xəstəxanalıq oldu – Vüqar Qobulu xəstəxanaya yerləşdirilib

BiG.AZ xəbər verir ki, “Kəlmə-kəlməyə” layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib.

Yarışmanın şənbə günü baş tutan ilk qarşılaşmasından sonra meyxanaçı səhhətində qəfil problem yaranıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır.

Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, Vüqar Qobulunun müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi:

“Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım”.

Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan “Kəlmə-Kəlməyə” meyxana yarışında bu həftə Şəhriyar Hacıyev və Vüqar İmamcanov qarşı-qarşıya gələcəklər.

📹 Video üçün mənbəyə baxın: https://sonxeber.az/384069/qalib-olub-evlenmek-isteyen-meyxanaci-xestexanaliq-oldu-video

Mənbə: https://sonxeber.az/384069/qalib-olub-evlenmek-isteyen-meyxanaci-xestexanaliq-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button