Xeberler
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verdiyi bildirilir.
BiG.AZ NBC News-a istinadən xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, paytaxt Dəməşqdə güclü partlayış səsi eşidilib. Suriya mediası paytaxt Dəməşqin Mezze rayonu yaxınlığında partlayış səsi eşidildiyini və partlayışın səbəbinin araşdırıldığını bildirib.
Partlayışdan sonra ərazidə heç bir dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Mənbə: https://big.az/573333-suriyanin-paytaxti-demesqde-partlayis-bas-verib.html