Nəslinin tükəndiyi düşünülən pişik cinsi 30 ildən sonra yenidən görüntülənib - Admenasi
Maraqli

Nəslinin tükəndiyi düşünülən pişik cinsi 30 ildən sonra yenidən görüntülənib

Dünyada görünməsi son dərəcə nadir hesab edilən və nəsli tükənmək təhlükəsi altında olan vəhşi pişik növlərindən biri – yastıbaşlı pişik (flat-headed cat) – təxminən 30 ildən sonra ilk dəfə Taylandda yenidən görüntülənib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin artıq yoxa çıxdığını düşündüyü bu nadir pişik növünün Taylandda müşahidə olunması elm dünyasında və ekoloji mühafizə dairələrində böyük maraq və həyəcan yaradıb. Yastıbaşlı pişiklər dünyanın ən çox təhlükə altında olan vəhşi pişikkimilərindən sayılır.

Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) məlumatına görə, hazırda vəhşi təbiətdə bu növdən cəmi təxminən 2 min 500 fərdin qaldığı ehtimal olunur. Ev pişiyi ölçüsündə olan yastıbaşlı pişiklər dairəvi və bir-birinə yaxın yerləşən gözləri ilə seçilir.

Bu növ yalnız Cənub-Şərqi Asiyada yayılıb və əsasən torf bataqlıqları, eləcə də şirin sulu mangrov meşələri kimi rütubətli ekosistemlərdə yaşayır. Lakin həmin yaşayış mühitləri ciddi təhlükə altındadır.

Kasetsart Universitetinin baytar həkimi və tədqiqatçısı Kaset Sutaşa bildirib ki, Taylandda torf bataqlığı meşələri torpaq sahələrinin dəyişdirilməsi və kənd təsərrüfatının genişlənməsi səbəbindən xeyli dərəcədə parçalanıb. Bu isə yastıbaşlı pişiklərin yaşayış arealını getdikcə daraldır.

Rəsmi qurumlar qeyd ediblər ki, Taylandda yastıbaşlı pişiyə dair son təsdiqlənmiş müşahidə 1995-ci ilə aiddir. Yeni qeydin həm elmi araşdırmalar, həm də təbiətin qorunması baxımından son dərəcə əhəmiyyətli olduğu vurğulanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button