seriallarda qadını “insan” saymadıqları üçün təqdim edirlər – KİNOREJİSSOR AYGÜN ASLANLI

Axşam saatlarında televiziya qarşısında oturğan tamaşaçı fərqinə varmadan eyni mənzərəni təkrar-təkrar izləyir: ağlanıq qadın, alçaldılan qadın, aldadılan və susmağa məcbur edilən qadın. Azərbaycan seriallarında qadın obrazı illərdir dəyişmir – o, dözür, bağışlayır, əziyyət çəkir və sonda yenə susur. Halbuki eyni regionda çəkilən Türkiyə seriallarında qadın getdikcə zorakılığa boyun əyməyən, haqsızlığa qarşı ayağa qalxan, öz haqqını tələb edən obraz kimi təqdim olunur. Bu fərq sırf ssenari seçimi deyil. Bu, cəmiyyətə verilən açıq mesajdır: qadın mübarizə aparmalıdır, yoxsa əzaba alışmalıdır? Ekranlardan yayılan bu “normal” anlayışı isə real həyatda qadının yerini, səsini və taleyini müəyyənləşdirir.
Mövzu ilə kinorejissor Aygün Aslanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, feministləri tənqid edəndə və onların etdiklərini bəyənməyəndə təbiiki seriallar bu gündə olmalı idi. Onun sözlərinə görə, qadını insan olaraq saymadıqları üçün və qadına özləri necə baxırlarsa kinorejissorlar serialda da elə təqdim edirlər: ” Qadını qadın anlatmalıdır. Yəni qadını daha yaxşı qadın başa düşə bilər. Patriarxal cəmiyyətdir və qadın bu cəmiyyətin qurbanıdır. Kişinin imkanları daha çoxdur. Kişinin daha çox şeyə icazəsi var. Qadınınsa yox. Yəni qadın bəzi şeyləri daha çətin əldə eləməli olur. Qadının işləmək hüququ yoxdur. Qadının seçim hüququ yoxdur.
Kinorejissorlar qadının nə çəkdiklərini bilmədikləri üçün bunu serialda təsvirdə edə bilməzlər. Qadın kişiyə görə deyingəndir. Evdə çörək yoxdursa, bu qadının günahıdır. Yəni uzun illərlə bu cür streotiplər yaranıb. Cəmiyyətin bu streotipləri dəyişmək fikridə yoxdur. Bu streotiplərin dəyişməsi üçün təhsil lazımdır. Eyni zamanda qadın kinorejissorların çoxalması lazımdırki, onlar qadınların problemlərini çəksinlər. Cəmiyyətdə aktrisanın özünə pis baxılır. Yəni ailədə qız aktrisa olmaq istədiyini bildirəndə ailə onu bu fikrindən daşındırmağa çalışır.”