Xeberler
Afrikanın ən yüksək zirvəsində aviasiya qəzası nəticəsində iki turist həlak olub

Afrikanın ən yüksək zirvəsi olan Kilimanjaroda baş verən vertolyot qəzası nəticəsində iki turist həlak olub. BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, iki Çexiya vətəndaşı olan turistlə yanaşı, hadisə yerində daha üç nəfər – yerli həkim, bələdçi və pilot – huşsuz vəziyyətdə aşkarlanıb. Regional polis qəzaya uğrayan vertolyotun dağlıq ərazilərdə tibbi evakuasiya və digər aviasiya xidmətləri göstərən “Kilimanjaro Aviation” şirkətinə məxsus olduğunu bildirib.