Xeberler
Qazaxıstanda alpinist faciəsi: bir nəfər ölü tapıldı

Qazaxıstanda iki alpinistlə birlikdə alpinizmə gedən turist ölü tapılıb.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, üç nəfər Almatı vilayətində yerləşən Tyan-Şan silsiləsinə yollanıb. Bir gün sonra qrupla əlaqə kəsilib və bu hal onların yaxınlarının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsinə səbəb olub.
Axtarış-xilasetmə tədbirləri zamanı, dəniz səviyyəsindən 3 700 metr yüksəklikdə alpinistlərdən birinin meyiti aşkarlanıb. Digər iki turistin taleyi isə hələlik naməlumdur. İlkin ehtimallara görə, onların qar uçqunu altında qalması mümkündür.