DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib - Admenasi
Sosial

DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

Bu barədə Sonxeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin azad edilən ərazilərə sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq:

“Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər”.

Vurğulanıb ki, qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button