Təbiət qoruqlarının sahəsi kəskin azalıb - Admenasi
Sosial

Təbiət qoruqlarının sahəsi kəskin azalıb

2010-2024-cü illər ərzində meşə və xüsusi mühafizə olunan təbiət sahələrinin ölkə ərazisində payında ciddi artım qeydə alınmayıb.

Oxu.Az rəsmi məlumatlara əsasən xəbər verir ki, meşə ərazilərin ümumi torpaq sahəsində xüsusi çəkisi 2010-cu ildən 2024-cü ilə qədər 12 faiz səviyyəsində dəyişməz qalıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin ölkə ərazisində payı 2010-cu ildə 10.2 faiz, 2015-ci ildən etibarən isə 10.3 faiz səviyyəsində qərarlaşıb.

Qorunan məkanların daxili bölgüsünə nəzər saldıqda isə struktur dəyişiklikləri müşahidə olunur:

– Dövlət təbiət qoruqlarının payı 2010-2015-ci illərdə 2.4 faiz olduğu halda, 2020-ci ildən sonra 1.4 faizə düşüb;

– Milli parkların payı eyni dövrdə 3.6 – 3.7 faizdən 4.9 faizə yüksəlib;

– Dövlət təbiət yasaqlıqlarının payı isə 4.2 faizdən 4 faizə enib.

Biomüxtəliflik baxımından mühüm olan və qorunan dağ ərazilərinin pay göstəricisi də 2015-2024-cü illər ərzində 6.6 faiz səviyyəsində sabit qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button