Donald Trampdan anons: "Bu gün İrana çox güclü zərbələr endiriləcək" - Admenasi
Dunyada

Donald Trampdan anons: “Bu gün İrana çox güclü zərbələr endiriləcək”

“Hazırda sarsıdıcı məğlubiyyətlə üzləşən İran Yaxın Şərqdəki qonşularından üzr istədi və bir daha onlara atəş açmayacağına söz verdi. Bu vəd yalnız ABŞ və İsrailin aramsız hücumları səbəbindən verildi. Onlar Yaxın Şərqdə nəzarəti bərqərar etməyə və hökmranlıq etməyə çalışırdılar. Min illər ərzində İran regionda ilk dəfədir ki, məğlubiyyətə uğradı”.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı paylaşımında yazıb.

“Onlar dedilər: “Təşəkkür edirəm, Prezident Tramp”. Mən dedim: “Buyurun!” – deyə Ağ Ev rəhbəri bildirib.

İran artıq Yaxın Şərqin “xuliqanı” deyil. İndi o, Yaxın Şərqin məğlub olan tərəfidir və onilliklər boyu, təslim olana və ya daha çox ehtimal ki, tamamilə çökənə qədər belə qalacaq. Bu gün İrana çox güclü zərbə vurulacaq. İranın pis davranışı səbəbindən, indiyə qədər hədəf hesab edilməyən ərazilər və qruplar üçün tamamilə məhvolma ehtimalı ciddi şəkildə nəzərdən keçirilir”, – Tramp bildirib.

Mənbə: https://sonxeber.az/389620/donald-trampdan-anons-bu-gun-irana-cox-guclu-zerbeler-endirilecek

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button