Sosial
13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək

İndoneziya hakimiyyəti 16 yaşdan kiçik vətəndaşların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırıb.
Milli.Az xəbər verir ki, məhdudiyyətlər 28 mart 2026-cı ildən qüvvəyə minəcək və “YouTube”, “TikTok”, “Facebook”, “Instagram”, “Threads”, “X”, “Bigo Live” və “Roblox” kimi platformaları əhatə edəcək.
13 yaşdan kiçik uşaqlar yalnız xüsusi yaradılmış resurslardan istifadə edə biləcək, 13-16 yaş arası yeniyetmələr isə valideyn razılığı ilə aşağı riskli xidmətlərdən yararlana biləcəklər. Qaydaların pozulması halında sanksiyalar platformalara tətbiq olunacaq.
Mənbə: https://sonxeber.az/389610/13-16-yas-arasi-usaqlar-bu-sertle-sosial-mediadan-yararlana-bilecek



