Pezeşkian Naxçıvana edilən hücumla bağlı Putinə NƏLƏR DEDİ?

İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ölkəsinin Azərbaycana hücum etmədiyini bildirib. O, Tehranın qonşularına hücum etməyi heç vaxt hədəfləmədiyini vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentlik İran prezidentinin mətbuat xidmətinə istinadən bildirib ki, M.Pezeşkian İranın Azərbaycana hücumu ilə bağlı iddiaları qətiyyətlə rədd edib və bu şayiələri qonşular arasında qardaşlıq münasibətlərini pozmaq üçün hazırlanan düşmən planı adlandırıb.
Xatırladaq ki, martın 5-də İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına qarşı dron hücumları həyata keçirilib. Onların biri Naxçıvan hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəbin yaxınlığa düşüb. Aeroport binasına dəyən ziyan nəticəsində dörd nəfər yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hücumu qətiyyətlə pisləyərək, Azərbaycan ərazisinə edilən bu hücumun beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu və regionda gərginliyin artmasına töhfə verdiyini bildirib. Hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb.
Müdafiə Nazirliyinin isə yaydığı bəyanatdan qeyd olunub ki, hadisəyə görə bütün məsuliyyəti İran İslam Respublikasının üzərinə düşür və bu cür hücumlar cavabsız qalmayacaq.
Bundan başqa Baş Prokurorluq İranın Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi açıb.
Mənbə: https://sonxeber.az/389600/pezeskian-naxcivana-edilen-hucumla-bagli-putine-neler-dedi



