SAXAL-dan genişmiqyaslı ƏMƏLİYYAT: Tehran və İsfahanda hökumət hədəflərinə qarşı YENİ HÜCUMLAR – VİDEO – FOTO

İsrail ordusu Tehran və İsfahanda hökumət hədəflərinə qarşı yeni bir sıra genişmiqyaslı hücumlara başladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Tehran və İsfahanda İran rejiminin hədəflərinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib”, – məlumatda qeyd olunub.
İsrailin Hərbi Hava Qüvvələri İrana qarşı daha bir zərbə dalğasını tamamlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlar zamanı 80 qırıcı təyyarədən bir neçə hədəfə təxminən 230-dan çox sursat atılıb. Vurulan yerlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mərkəzi Hərbi Universiteti, yeraltı raket saxlama obyektləri, bunkerlər, eləcə də rejimin hərbi qərargahı da olub.
Qeyd edilib ki, İsrail ərazisinə hücumların miqyasını daha da azaltmaq məqsədi ilə İranın qərbində və mərkəzindəki raket buraxılış məntəqələrinə də zərbələr endirilib.
İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hədəflərə genişmiqyaslı zərbələr endirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidmətinin ofisi məlumat verib.
“İsrail Hərbi Hava Qüvvələri Tehrandakı İran rejiminin hədəflərinə genişmiqyaslı zərbələr endirib”, – deyə bəyanatda qeyd olunub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/389599/saxal-dan-genismiqyasli-emeliyyat-tehran-ve-isfahanda-hokumet-hedeflerine-qarsi-yeni-hucumlar-video-foto



