Bakı-İğdır-Bakı Marşrutu üzrə Növbəti Reyslərin Cədvəli Hazırlanıb - Admenasi
Sosial

Bakı-İğdır-Bakı Marşrutu üzrə Növbəti Reyslərin Cədvəli Hazırlanıb

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixləri əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib).

Sonxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

– Sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
– Üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə biletləri AZAL-ın veb-saytı və ya mobil tətəbiqi vasitəsilə Naxçıvan istiqamətini seçərək, yaxud aviaşirkətin kassalarına müraciət edərək əldə emək olar.

Mənbə: https://sonxeber.az/389589/baki-igdir-baki-marsrutu-uzre-novbeti-reyslerin-cedveli

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button