"Geyindiyin hər şey necə bu qədər fit görünür?" sualına məşhur spikerdən maraqlı cavab - Admenasi
Maraqli

“Geyindiyin hər şey necə bu qədər fit görünür?” sualına məşhur spikerdən maraqlı cavab

Türkiyəli İdman spikeri Demet Gedik geyindiyi geyimlərin üzərində bu qədər səliqəli və fit görünməsinin sirrini açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə izləyicilərindən tez-tez “Geyindiyin hər şey necə bu qədər fit görünür?” sualını aldığını bildirən spiker bunun səbəbini göstərmək qərarına gəlib. O, paylaşdığı videoda geyimin arxa hissəsində istifadə etdiyi iynələri nümayiş etdirib.

Demet Gedik bildirib ki, bəzi geyimlər bədənə tam oturmadığı üçün arxa hissədən iynə ilə yığılır. Bu üsul sayəsində paltar bədənə daha səliqəli oturur və kənardan daha fit görünür.

Spikerin paylaşımı sosial şəbəkələrdə qısa müddətdə diqqət çəkib. İzləyicilər onun bu sadə üsulla geyimlərin görünüşünü necə dəyişdirdiyini maraqla qarşılayıblar.

Mənbə: https://sonxeber.az/389580/geyindiyin-her-sey-nece-bu-qeder-fit-gorunur-sualina-meshur-spikerden-maraqli-cavab

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button