Məşhur aktyordan diqqətçəkən addım: Avtomobilindəki səs sistemini zibilə atdı - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Məşhur aktyordan diqqətçəkən addım: Avtomobilindəki səs sistemini zibilə atdı – VİDEO

“Sıfır Bir” serialı ilə tanınan türkiyəli məşhur aktyor Savaş Satış avtomobillərdə yüksək səslə musiqi dinləyən sürücülərə tətbiq edilən yeni cərimələrdən sonra diqqətçəkən addım atıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktyor avtomobilində quraşdırılmış baha olan səs sistemini sökərək zibilə atıb.

Son vaxtlar avtomobillərdə yüksək səslə musiqi səsləndirən sürücülərə qarşı nəzarət tədbirləri gücləndirilib. Yeni qaydalara əsasən, yüksək səslə musiqi ilə ətrafdakıları narahat edən sürücülər təxminən 21 min lirə məbləğində cərimə olunur.

Bu tətbiqə diqqət çəkmək istəyən Savaş Satış sosial media hesabında paylaşdığı görüntülərdə avtomobilindəki səs sistemini sökərək zibilə atdığını göstərib. Aktyor avtomobilinin cərimə meydançasına aparılmaması və cərimə almamaq üçün belə qərar verdiyini bildirib.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər aktyorun addımını dəstəkləyib, digərləri isə tətbiq olunan qaydaların səs-küy çirkliliyinin qarşısını almaq üçün vacib olduğunu qeyd ediblər.

Mənbə: https://sonxeber.az/389574/meshur-aktyordan-diqqetceken-addim-avtomobilindeki-ses-sistemini-zibile-atdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button