Nəriman Axundzadənin iş icazəsi alınıb – ABŞ-yə gedəcəklər

“Kolambus Kryu” klubu ilə anlaşan Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.
Bu barədə “Qafqazinfo”ya forvardın meneceri Tural Əsgərov məlumat verib. O, bildirib ki, futbolçu vizası alınandan sonra ABŞ-yə yollanacaq: “Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, “Kolambus Kryu”nun düşərgəsinə yollanacaq”.
Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusu Nəriman Axundzadə ilə 3,5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.
Mənbə: https://sonxeber.az/389554/neriman-ucun-icaze-alindi-bu-tarixde-abs-ye-gedir



