Müğənni Nura Suri uzun müddət sonra səssizliyini pozub.
Sonxeber.az xəbər verir ki, sənətçi “Ürəyimin adamı” adlı yeni mahnı və klipini izləyiciləri ilə bölüşüb.
Nura Suri 5 yeni mahnı təqdim edəcəyini söyləyib:
“Sənət fəaliyyətini davam etdirmək üçün böyük zəhmət sərf etdirilməli, mənim kimi əvvəllər uzun müddət fəaliyyətimi pozub, işlərimi qəsdən ərsəyə gətirmək məsələsindən kənara çıxmaq lazımdır.
Uzun müddətdir efirdə görünməməyimin səbəbi üzərində çalışdığımız 5 mahnıdan ibarət yeni layihə idi. İlkin olaraq bu mahnıları albom şəklində təqdim etməyi planlaşdırırdıq. Lakin çalışdığım leybln tövsiyəsi ilə layihəni daha strateji şəkildə – mahnıları tək-tək sinql olaraq dinləyicilərə təqdim etmək qərarına gəldik.
Layihə çərçivəsində iki mahnının müəllifi Rəssamdır (Elvin Həsənov). Bundan əlavə, Əli Türkoğlu, Murad Zeynalabdin və Qiyas Elşən kimi müəlliflərdən də mahnılar almışam. Hər bir mahnıya klip və ya video-rolik çəkilib. Mahnılar iki aydan bir təqdim olunacaq.
Beş mahnıdan ibarət layihənin ərsəyə gəlməsi həm maddi, həm də zaman baxımından böyük zəhmət tələb edir. Efirə isə yalnız yeni işlərim olanda çıxmağa üstünlük verirəm.
Bu gün sizə yeni işimi – “Ürəyimin adamı” adlı mahnımı təqdim edirəm”.