"Real Madrid"də böhran: Arda Gülər soyunma otağında tənqid hədəfinə çevrildi - Admenasi
Idman

“Real Madrid”də böhran: Arda Gülər soyunma otağında tənqid hədəfinə çevrildi

Real Madrid klubunda ard-arda qeydə alınan uğursuz nəticələrdən sonra komandanın soyunma otağında gərginlik yarandığı iddia edilir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumatlara görə, bəzi futbolçular uğursuz nəticələrə görə komandanın gənc üzvü Arda Güleri günahlandırır.

İddialara əsasən, komanda daxilində Arda Gülərin oyun tempini aşağı saldığı və bəzi epizodlarda daha çox fərdi oyuna üstünlük verdiyi ilə bağlı narazılıqlar səsləndirilib.

Məsələ ilə bağlı klub və ya futbolçular tərəfindən rəsmi açıqlama verilməyib.

Mənbə: https://sonxeber.az/389507/real-madridde-bohran-arda-guler-soyunma-otaginda-tenqid-hedefine-cevrildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button