Həkimlər öldüyünü təsdiqləmişdilər: ABŞ-də hovuzda boğulan uşaq saatlar sonra dirildi - Admenasi
Maraqli

Həkimlər öldüyünü təsdiqləmişdilər: ABŞ-də hovuzda boğulan uşaq saatlar sonra dirildi

ABŞ-nin Arizona ştatında azyaşlı uşaq şəxsi evin arxa həyətində yerləşən hovuzda boğularaq ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “People” nəşri məlumat verib.

Məlumata görə, hadisə yerinə gələn tibb işçiləri uşağın öldüyünü təsdiqləyiblər. Lakin beş saat keçdikdən sonra azyaşlı qəfildən ayılıb.

“Bir neçə saat sonra polis idarəsindən bildirilib ki, uşaqda həyat əlamətləri peyda olub və o, yaxınlıqdakı başqa bir xəstəxanaya aparılıb”, – deyə nəşr qeyd edib.

Təcili yardım həkimi Frenk Lovekkio baş verənin əsl möcüzə olduğunu vurğulayıb. O ehtimal edib ki, soyuq suda donduqdan sonra uşağın nəbzi çətinliklə hiss edilə bilən səviyyəyə qədər yavaşlayıb.

“Tibbdə heç vaxt “heç vaxt” demə”, – deyə Lovekkio əlavə edib.

Mənbə: https://sonxeber.az/389482/hekimler-olduyunu-tesdiqlemisdiler-abs-de-hovuzda-bogulan-usaq-saatlar-sonra-dirildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button