İftar Mərasiminə Hazırlayın.

Ərzaq:
Mərci – 1 stəkan
Dana əti – 300 qram
Su – 5 stəkan
Kartof – 2 ədəd
Soğan – 4 ədəd (hərəsindən bir ədəd)
Kök – 4 ədəd (hərəsindən bir ədəd)
Dəfnə yarpağı – 1 ədəd
Nanə qurusu – 1 çərəz qaşığı
Un – 1 xörək qaşığı
Duru yağ – 1 stəkan
Yarım limonun suyu
Duz, qara və qırmızı istiot zövqə görə
Hazırlanması:
Kartofu, soğanı, kökü (hərəsindən bir ədəd), əti, dəfnə yarpağını, mərcini suya töküb, qaynadın. Bir müddət qaynatdıqdan sonra süzgəcdən keçirib, yenidən qaynadın.
Sonra o biri soğanı xırda doğrayıb, kökünü sürtgəcdən keçirin. Yağı tavada isidib, soğan və kökü qovurun. Nanə və unu əlavə edib, qarışdırın. Hazırladığınız qarışığı qaynayan ətin üzərinə əlavə edin. 15 dəqiqə qaynatdıqdan sonra, yenidən süzgəcdən keçirib, duz, qırmızı və qara istiot əlavə edib, təkrar qaynamağa qoyun. 10 dəqiqə qaynadıqdan sonra isti halda süfrəyə verin.
400 qram orta yağlı qoyun əti qiyməsi
1 soğan (rəndələnmiş)
2 pomidor (doğranmış)
2 yaşıl bibər (doğranmış)
2 diş sarımsaq (doğranmış)
1 çay qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1/2 çay qaşığı çili bibəri
4 badımcan
3 pomidor
Üzəri üçün:
2 stəkan su
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
2 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 ovuc cəfəri (doğranmış)
Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.
Ərzaqlar:
1/2 çay stəkanı düyü (3 xörək qaşığı/40 qram)
2 stəkan qaynar su (400 ml)
1 litr süd
1 stəkan şəkər tozu (180 qram)
2 xörək qaşığı buğda nişastası
1 çay stəkanı su (150 ml)
Hazırlanması:
Yalnız bir dəfə suda yuduğunuz düyünü qazanın içinə qoyun və üzərinə 2 stəkan qaynar su əlavə edib vam odda bişirməyə başlayın. Bu arada, vaxtaşırı yavaş-yavaş qarışdırın. Düyü suyu özünə çəkib yumşaq olduqda, süd əlavə edin. Qarışdırın və süd qaynayana qədər arabir qarışdırmağa davam edin. Qaynadıqdan sonra istiliyi azaldın və az odda, qarışdıraraq, başqa 8-10 dəqiqə bişirin. Sonra şəkər əlavə edin və qarışdırın. Yenidən qaynamasını gözləyin və 4-5 dəqiqə daha az odda bu şəkildə qaynadın. Nişastanı əlavə etmək üçün bir qaba qoyun və 1 çay stəkanı su ilə qarışdırın. Qarışdırın və eyni zamanda qazana əlavə edin. Az-az əlavə etsəniz, yığılma riskinin qarşısını almış olarsınız. Qarışdırdıqdan sonra bir az qatılaşana qədər bişirin. Bu arada yenə qaynayacaq və səthə çıxan xırda baloncukları görəcəksiniz.
Bu gördükdən sonra vam odda qoyub 1-2 dəqiqə daha bişirin və sonra ocaqdan götürün. Qarışığı sobaya qoya biləcəyiniz qablara tökün. Sobaya qoyub üzərini qızardın. Süfrəyə verərkən üzərinə darçın tozu və ya qovrulmuş fındıq tökün.
Mənbə: https://sonxeber.az/389502/iftar-sufresine-hazirlaya-bilersiniz



