İran İsrailin şimalındakı Ramat David aviabazasını VURDU

İran Silahlı Qüvvələri İsrailin şimalındakı Ramat David aviabazasının yanacaq çənlərinə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, İran dövlət televiziyası ölkənin silahlı qüvvələrinin bəyanatına istinadən xəbər yayıb.
“Dünən gecə Hərbi Dəniz Qüvvələri bir neçə “Araş” tipli hücum dronları ilə Ramat David hərbi hava bazasının yanacaq çənlərinə zərbələr endirib”, – deyə bəyanatda qeyd olunub.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Həqiqi vəd-4” əməliyyatının 19-cu dalğasının başladığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat verib.
Bildirilib ki, ABŞ və İsrail mövqelərinə həm raketlər, həm də dronlar vasitəsilə zərbələr endiriləcək.
Mənbə: https://sonxeber.az/389441/iran-israilin-simalindaki-ramat-david-aviabazasini-vurdu



