Sükan arxasında telefona baxan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO - Admenasi
Hadise

Sükan arxasında telefona baxan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı – VİDEO

İstanbulda İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı fəaliyyət göstərən İETT-yə məxsus avtobusun sürücüsünün hərəkətdə olarkən sükan arxasında mobil telefonundan video izlədiyi anlar sərnişinlər tərəfindən lentə alınıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sərnişinlərin çəkdiyi görüntülərdə sürücünün diqqətinin demək olar ki, tamamilə telefon ekranında olduğu görünür. Bu səbəbdən avtobusun yolda bir neçə dəfə silkələnərək hərəkət etməsi sərnişinlər arasında ciddi narahatlıq və qorxu yaradıb.

Avtobusda olan sərnişinlər sürücünün davranışının yüzlərlə insanın həyatını riskə atdığını bildiriblər. Hadisə zamanı çəkilən görüntülər qısa müddətdə sosial mediada yayılaraq geniş müzakirələrə səbəb olub.

Baş verən olay ictimai nəqliyyatda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Sosial şəbəkə istifadəçiləri belə halların qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsinin vacib olduğunu vurğulayıblar.

Video ucun menbeyey baxin: https://sonxeber.az/389430/sukan-arxasinda-telefona-baxan-avtobus-surucusu-sernisinleri-tehlukeye-atdi-video

Mənbə: https://sonxeber.az/389430/sukan-arxasinda-telefona-baxan-avtobus-surucusu-sernisinleri-tehlukeye-atdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button