İbrahim Tatlısesin qızının boyu hər kəsi təəccübləndirdi – FOTO

Məşhur türk müğənnisi İbrahim Tatlısesin özündən 37 yaş kiçik həyat yoldaşı Ayşegül Yıldızdan olan 12 yaşlı qızı Elif Ada Tatlıses sosial mediada yayılan son görüntüləri ilə böyük maraq doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, voleybol meydançasında çəkilən görüntülərdə Elif Ada Tatlısesin boyunun təxminən 1.80 metr olduğu diqqət çəkib. Onun bu yaşda belə hündür olması sosial şəbəkə istifadəçilərini təəccübləndirib.
Görüntülərdə Elif Adanın voleybola maraq göstərdiyi və idmanla aktiv şəkildə məşğul olduğu da görünür. İzləyicilər onun fiziki göstəricilərinə görə gələcəkdə peşəkar voleybolçu ola biləcəyini qeyd ediblər.
Qeyd edək ki, İbrahim Tatlıses və Ayşegül Yıldızın qızı olan Elif Ada Tatlıses zaman-zaman sosial mediada yayılan görüntüləri ilə gündəmə gəlir. Onun xüsusilə idmana maraq göstərməsi izləyicilər tərəfindən müsbət qarşılanır.
Mənbə: https://sonxeber.az/389423/ibrahim-tatlisesin-qizinin-boyu-her-kesi-teeccublendirdi-foto



