Sosial
Fəqani Hüseynov həbs olunub

Sonxeber.az “Teleqraf”a istinadən xəbər verir ki, Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevin “fəxri diplom” təqdim edən Fəqani Hüseynov həbs olunub. Rayon məhkəməsinin qərarı ilə şəxsə 10 sutkalıq həbs qərarı verilmişdir.
Məlumat üçün bildirmək lazımdır ki, bir müddət əvvəl sosial şəbəkədə Fəqani Hüseynovun “Milli Məclisin informasiya portalının direktoru”, həmçinin ölkə başçısının adından Ruslan Mustafayevə “fəxri diplom” təqdim edən görüntülər sosial şəbəkədə rezonans doğurub.
Mənbə: https://sonxeber.az/389401/gedebeyde-memura-mukafat-veren-sexs-hebs-olundu



