Sosial
Bakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü

Bakıda bəzi marşrut xətlərində bank kartı və QR kod vasitəsilə ödəniş etmək mümkün deyil.
Qaynarinfo-nun məlumatına görə, artıq bir saatdan çoxdur ki, bir çox marşrutda elektron ödəniş sistemi işləmir.
Sərnişinlər bildirir ki, kartı validatora yaxınlaşdırarkən ekranda “Kartınız etibarsızdır” bildirişi görünür.
Mənbə: https://sonxeber.az/389397/bakida-bezi-avtobuslarda-bank-karti-ile-odenis-cokdu



