Şəhid atası vəfat etdi - Foto - Admenasi
Sosial

Şəhid atası vəfat etdi – Foto

“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi şəhidi Sadiq Vəliyevin atası Ayaz Vəliyev dünyasını dəyişib.

Qeyd edək ki, S.Vəliyev 2001-ci ildə Ağdaşın Xosrov kəndində anadan olub.

2020-ci ilin oktyabrın 3-ü Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. O, ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Mənbə: https://sonxeber.az/389360/sehid-atasi-vefat-etdi-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button