Maşın Şou”da udduğu avtomobili məhkəmədə uduzub

Keçmiş həyat yoldaşı Xəyalə Quliyevaya qarşı məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo” televiziyasının xəbər müəllifi istinadən xəbər verir ki, Yusif Musayev məhkəməyə xəyalə Quliyevaya qarşı məhkəmə iddiasi qaldırıb.
Maraqlıdır ki, Yusif Musayevin məhkəmə iddiasında Xəyalə Quliyevanın “Maşın Şou” televiziya layihəsində 2019-cu ildə udduğu “Nissan Kicks” markalı avtomobilin adı da keçib. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.
Birinci instansiya məhkəməsi “Maşın Şou” layihəsindən qazanılan avtomobillə bağlı Yusif Musayevin tələbini təmin edib. Lakin Xəyalə Quliyevə apellyasiya şikayəti verib ki, avtomobil qalib olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi bu şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Məhkəmə belə qənaətə gəlib ki, əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz.
Məhkəmə mübarizəsi tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib. Lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub.
Mənbə: https://sonxeber.az/389337/masin-souda-qazandigi-avtomobili-mehkemede-uduzdu



