Murat Dalkılıç 13-cü dəfə burun əməliyyatı olub

Türkiyəli müğənni Murat Dalkılıç növbəti dəfə burun əməliyyatı olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur ifaçı səhhətindəki problemlərlə əlaqədar 13-cü dəfə burun əməliyyatı keçirdiyini və əməliyyatın uğurla başa çatdığını açıqlayıb.
Daha əvvəl dəfələrlə burun əməliyyatı olunan sənətçi yenidən cərrah masasına uzanıb. Sosial media hesabında paylaşım edən Dalkılıç ona ünvanlanan “keçmiş olsun” mesajlarına görə təşəkkür edib və gec cavab verdiyi üçün izləyicilərindən üzr istəyib.
“Mesajlarınıza görə çox təşəkkür edirəm, cavab verə bilmədiyim üçün bağışlayın. Özümə yeni gəlirəm. Şükürlər olsun ki, əməliyyat yaxşı keçdi. Həkimim dünən müsbət sözlər dedi, ümidləndik. İnşallah bu problemin öhdəsindən birdəfəlik gələcəyik”, – deyə ifaçı bildirib.
Dalkılıç əməliyyatdan əvvəl qısa müddətli nəzarət vəziyyəti yaşadığını, dərhal sonra isə əməliyyata alındığını və bu səbəbdən açıqlama verə bilmədiyini qeyd edib. O, aparılan testin nəticəsinin neqativ çıxdığını və bu məlumatın bəzi media orqanlarında da yer aldığını vurğulayıb.
Səhhətindəki problemlərə görə dəfələrlə burun əməliyyatı keçirən sənətçi bu müdaxilə ilə birlikdə 13-cü dəfə əməliyyat olunmuş olub. Onun əməliyyatdan sonrakı görüntüləri sosial şəbəkələrdə geniş maraq doğurub.
Mənbə: https://sonxeber.az/389335/murat-dalkilic-13-cu-defe-burun-emeliyyati-olub



