Bir vaxtların əfsanəsi indi mağazada satıcı işləyir - FOTO - Admenasi
Idman

Bir vaxtların əfsanəsi indi mağazada satıcı işləyir – FOTO

Jeremy Matyö, karyerası ərzində Barselona və Valensiya formalarını geyinərək La Liqada 188 oyuna çıxmış, həmçinin Fransanın müxtəlif klublarında da çıxış etmişdi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hazırda isə sabiq müdafiəçi son illərdə maddi və hüquqi problemlərlə üzləşib. Bu səbəbdən o, hazırda Fransada bir idman mağazasında satış işçisi kimi çalışdığını açıqlayıb. Bir vaxtlar futbolda şöhrət qazanan oyunçunun bu yeni həyat tərzi sosial mediada böyük maraq doğurub və geniş müzakirələrə səbəb olub.

Azarkeşlər və idman ictimaiyyəti onun karyerasındakı yüksəliş və enişləri xatırlayaraq, Jeremy Matyö-nün futboldan sonra qarşılaşdığı çətinlikləri və adaptasiya etdiyi yeni həyat mərhələsini müxtəlif cür qiymətləndirirlər.

İdman ekspertləri isə belə halların futboldan ayrılan veteran oyunçular arasında nadir olmadığını, karyera sonrası planlaşdırmanın vacib olduğunu vurğulayırlar.

Mənbə: https://sonxeber.az/389274/bir-vaxtlarin-efsanesi-indi-magazada-satici-isleyir-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button