Kriştianu Ronaldunun təyyarəsi Səudiyyə Ərəbistanını TƏCİLİ TƏRK ETDİ - Admenasi
Dunyada

Kriştianu Ronaldunun təyyarəsi Səudiyyə Ərəbistanını TƏCİLİ TƏRK ETDİ

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldunun ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etdiyi bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat verib.

Qeyd edilir ki, məşhur futbolçunun təyyarəsi artıq Madridə eniş edib. K.Ronaldunun təyyarəsinin Misir və Aralıq dənizi üzərindən uçduğu bildirilir. Futbolçunun təyyarədə olub-olmadığı isə dəqiqləşdirilməyib.

Qeyd edək ki, ötən gün İran ABŞ-nin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən səfirliyinə raket zərbələri endirib. Nəticədə diplomatik missiya fəaliyyətini növbəti xəbərdarlığa qədər dayandırıb.

Mənbə: https://sonxeber.az/389276/kristianu-ronaldunun-teyyaresi-seudiyye-erebistanini-tecili-terk-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button