İsrail Livanın cənubunda bir neçə mövqeni ƏLƏ KEÇİRDİ - Admenasi
Dunyada

İsrail Livanın cənubunda bir neçə mövqeni ƏLƏ KEÇİRDİ

İsrail ordusu (SAXAL) Livanın cənubunda bir neçə mövqeni ələ keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.

Məlumatda qeyd edilib ki, İsrail ordusu bu addımı müdafiəsini gücləndirmək üçün atıb.

İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehran və Beyrutdakı hədəflərə eyni vaxtda zərbələr endirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə SAXAL öz “Telegram” kanalında açıqlama yayıb.

Qeyd edilir ki, İsrail aviasiyası İranın, eləcə də Livanın “Hizbullah” hərəkatının hərbi obyektlərini vurur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İran ali lideri ayətullah Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran Yaxın Şərqdəki ABŞ bazalarına, həmçinin İsrail şəhərlərinə zərbələr endirib. Tehran Fars körfəzi ölkələrinə də hücum edir.

Mənbə: https://sonxeber.az/389256/israil-livanin-cenubunda-bir-nece-movqeni-ele-kecirdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button