Dunyada
İranda məktəblər distant təhsilə keçirildi

İranda məktəblər 21 mart tarixinə qədər distant təhsil formasına keçirilib.
Oxu.Az-ın “Tasnim” agentliyinə istinadən xəbərinə görə, bu barədə İran Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, məktəblərdə bütün əyani dərslər bu ilin sonuna qədər (İrandakı qaydalara görə il 20 martda başa çatır – red.) dayandırılıb.
Xatırladaq ki, daha əvvəl İranda qızlar məktəbinə hücum barədə məlumat verilmişdi. İran öz ərazisinə endirilən zərbələrə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyub.
Mənbə: https://sonxeber.az/389236/iranda-mektebler-distant-tehsile-kecirildi



