Liseydə dəhşət: Şagird iki müəllimi və bir sinif yoldaşını bıçaqladı - Admenasi
Hadise

Liseydə dəhşət: Şagird iki müəllimi və bir sinif yoldaşını bıçaqladı

İstanbulun Çekmeköy rayonunda yerləşən liseylərin birində insident baş verib.

Sonxeber.az xəbər verir ki, məlumata görə, 17 yaşlı şagird iki müəllimə və bir sinif yoldaşına bıçaqla xəsarət yetirib. Yaralananlar dərhal xəstəxanaya çatdırılıb.

Bildirilir ki, müəllimlərdən birinin vəziyyəti ağırdır. Digər yaralıların durumuna dair əlavə məlumat verilməyib.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/389229/liseyde-dehset-sagird-iki-muellimi-ve-bir-sinif-yoldasini-bicaqladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button