Bakının yeni ərazilərində tikilən metro stansiyalarının yerləri müəyyən edilib.

Sonxeber.az xəbər verir ki, bu müəyyənlik haqqında Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib ki:
Artıq həmin stansiyaların yerləşəcəyi yerlər təsdiqlənib:
“Şərti adı “B-4” olan stansiyadan sonrakı “B-5” stansiyası metronun “Nizami” stansiyasının yaxınlığında, “Nizami Mall” ticarət mərkəzinin arxasında, Mərkəzi parkın ərazisində, “B-6a” stansiyası isə Sahil bağının altında yerləşəcək. “B-6b” stansiyası isə “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş vaqon parkının yerində inşa ediləcək. “B-7” stansiyası metronun “Xətai” stansiyasına yaxın ərazidə, “B-8” isə Ağ şəhərin Babək prospektinə çıxış hissəsində olacaq.
M.Rzayev metronun “yaşıl xətti” üzrə inşa ediləcək yeni stansiyaların da yerləri barədə məlumat verib ki:
“Yaşıl xətt üzrə inşa ediləcək “Y-14” stansiyası Ağ şəhər tərəfdə 8 Noyabr prospektində olacaq. “Y-15” stansiyası “Neftbaza” adlandırılan ərazidə, “Y-16” stansiyası paytaxtın “Nargilə” dairəsi adlandırılan ərazidə, “Y-17” stansiyası isə “Həzi Aslanov-2″ metro stansiyasıdır”.
Mənbə: https://sonxeber.az/389174/yeni-metro-bakinin-bu-erazilerinde-tikilecek



