Dunyada
Küveytdə hərbi təyyarə qəzaya uğradı – ABŞ-ə məxsus olduğu iddiası yayılıb.

Küveyt ərazisində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı görüntülər yayılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda təyyarənin havada alovlandığı və daha sonra güclü partlayışla yerə çırpıldığı əks olunub.
İddialara görə, qəzaya uğrayan təyyarə ABŞ-ə aid döyüş təyyarəsidir. Lakin hadisə ilə bağlı nə ABŞ, nə də Küveyt rəsmiləri tərəfindən hələlik rəsmi təsdiq verilməyib.
Hadisənin baş vermə səbəbi və mümkün itkilərlə bağlı məlumat yoxdur.
Mənbə: https://sonxeber.az/389169/kuveytde-herbi-teyyare-qezaya-ugradi-abs-e-mexsus-oldugu-iddia-edilir



